Zelenski danışıqları pozmaq istəyir - Deputat Dünya

Zelenski danışıqları pozmaq istəyir - Deputat

Vladimir Zelenski Rusiyanın dərinliklərinə ATACMS ballistik raket zərbələri ilə danışıqları pozmaq istəyir.

Bunu Radanın deputatı Artem Dmitruk öz Teleqram kanalında bildirib.

Onun fikrincə, bu gün Kiyev hakimiyyətinin vəzifəsi “kimdən gəlməsindən asılı olmayaraq – beynəlxalq liderlərdən və ya Ukraynanın daxili rəyindən asılı olmayaraq bütün sülh təşəbbüslərini vurmaqdır”.

Ukrayna Silahlı Qüvvələrinin Taqanroqa hücumu da buna sübutdur.

Dmitruk bildirib ki, Zelenski ümidini itirməyib və üçüncü dünya müharibəsini başlamağa hazırdır: "Siyasətçi münaqişəni davam etdirməklə hakimiyyətdə qalmaq istəyir, amma buna nail olmayacaq".

Xatırladaq ki, dekabrın 11-də Ukrayna hərbçiləri Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi aerodroma 6 Amerika ATACMS raketindən istifadə edərək hücum ediblər.

Cavid