Aİ səfiri: Məqsədimiz Gürcüstan hakimiyyətinə onların trayektoriyasının qəbuledilməz olduğu barədə sərt mesaj verməkdir Dünya

Aİ səfiri: Məqsədimiz Gürcüstan hakimiyyətinə onların trayektoriyasının qəbuledilməz olduğu barədə sərt mesaj verməkdir

Biz gürcü xalqına zərər vermək və cəzalandırmaq istəmirik, məqsədimiz Gürcüstan hakimiyyətinə onların trayektoriyasının qəbuledilməz olduğu barədə sərt mesaj verməkdir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski konkret kateqoriyalı pasportlar üçün vizasız gediş-gəlişin mümkün dayandırılması ilə bağlı suala cavabında bildirib.
Herçinskinin sözlərinə görə, Aİ-yə üzv ölkələrin hansı qərarı verəcəyi gələn həftə məlum olacaq.

“Biz həmişə açıq-aydın demişik ki, hər axşam küçələrə çıxıb Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandıran gürcü xalqına zərər vermək, onları cəzalandırmaq istəmirik. Onlar üçün nə qədər çətin olduğunu tam başa düşürəm. Bizim niyyətimiz onları cəzalandırmaq deyil. Məqsədimiz Gürcüstan hakimiyyətinə çox güclü mesaj verməkdir ki, onların uzun aylar ərzində və xüsusən də son iki həftədə dinc nümayişçilərə qarşı qəddar zorakılıq tətbiq etməklə seçdikləri trayektoriya qəbuledilməzdir. Gəlin gələn həftəni gözləyək və görək üzv dövlətlər kollektiv şəkildə hansı qərarı verəcəklər” - deyə Pavel Herçinski bildirib.