KİV: Gürcüstanın Baş naziri istefa verməyə hazırlaşır Dünya

KİV: Gürcüstanın Baş naziri istefa verməyə hazırlaşır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın yerli KİV-i məlumat yayıb.

Bildirilib ki, artıq hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müvafiq qərarı qəbul edib.

İvanişvilinin Makronla telefon danışığının da Kobaxidzenin istefasını sürətləndirəcəyi qeyd olunub.