5 vilayətdə İŞİD-ə qarşı “Gürz-29” əməliyyatı Dünya

5 vilayətdə İŞİD-ə qarşı “Gürz-29” əməliyyatı

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, sosial media hesabından etdiyi açıqlamada Ankara, İstanbul, Mardin, Samsun və Sakarya Respublika Baş Prokurorluqları ilə Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında İŞİD terror təşkilatına qarşı “Gürz-29” əməliyyatlarının aparıldığını bildirib.

Xalqcəbhəsi.az xəbər verir ki, Türkiyənin “ahaber.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, Ə.Yerlikaya əməliyyatlar zamanı 47 şübhəlinin tutulduğunu qeyd edərək sənədsiz silahlar, eyni zamanda, çoxlu təşkilati sənədlər və rəqəmsal materialların ələ keçirildiyini deyib.

Nazir terrorun bəşəriyyətin ortaq düşməni olduğunu vurğulayıb: “Sevgili millətimizin birliyi, həmrəyliyi və qardaşlığı naminə əməliyyatlarımız fasiləsiz olaraq davam edəcək. Əməliyyatların koordinasiya edən Baş Prokurorluğumuzu və həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Millətimizin duaları sizinlədir."