Trampdan şok: İranla müharibə başlaya bilər! Dünya

Trampdan şok: İranla müharibə başlaya bilər!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib.

Xalqcebhesi.az xəbər verir ki, o, bunu “Taym” jurnalına müsahibəsində bildirib.

Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib:

"Hər şey mümkündür".

Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.