

18 Aprel 19:52
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dəməşqin silahlı müxalifət tərəfindən ələ keçirilməsi və Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyadakı hədəflərə zərbə endirməsini pisləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
Bildirilib ki, İsrail və onun arxasında duran ABŞ Suriyadakı qeyri-sabitlikdən sui-istifadə edir.
SEPAH İsrailin zərbələrini və ölkənin cənubunda ərazilərin ələ keçirilməsini açıq-aşkar təcavüz aktı adlandırıb.
Həmçinin bildirilib ki, amerikalıların və israillilərin hərəkətləri yalnız “Müqavimət oxunu” birləşdirir.