Dəməşq və Hələb hava limanlarının fəaliyyəti xüsusi icazələrlə bərpa edilib Dünya

Dəməşq və Hələb hava limanlarının fəaliyyəti xüsusi icazələrlə bərpa edilib

Dekabrın 8-dən etibarən bağlı olan Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarının fəaliyyəti təyyarələrin qəbulu və yola salınması üçün hələlik yalnız xüsusi icazələrlə bərpa edilib.

Bu barədə aviadispetçerlər tərəfindən yayılan xüsusi NOTAM mesajlarında deyilir.

“Mülki aviasiya nəzarəti orqanının xüsusi icazəsi ilə həyata keçirilən uçuşlar istisna olmaqla, hava limanına/hava limanından bütün uçuşlar dayandırılıb”, - məlumatda qeyd olunur.

Məhdudiyyət müddəti dekabrın 12-si saat 20:00-dan dekabrın 18-i saat 15:00-dək müəyyən edilib.