Britaniya Suriyada HTŞ ilə danışıqların aparılacağını istisna etmir Dünya

Britaniya Suriyada HTŞ ilə danışıqların aparılacağını istisna etmir

Böyük Britaniya qadağan olunmuş təşkilatlar siyahısında olmasına baxmayaraq, Suriyanın “Heyət Təhrir əl-Şam” qruplaşması ilə danışıqlar apara bilər.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Healey hökumətin fövqəladə Kobra komitəsinin iclasının sonunda bildirib.

"Bu bizə bütün tərəflərlə danışmağa mane olmur. HTŞ-də bizim marağımız ondan ibarətdir ki, onlar bütün insanların və bütün qrupların hüquqlarını qorumaq, beynəlxalq hüquqa hörmət etmək və Suriyanın yeni terror təhlükəsi üçün tramplin olmasına mane olmaq üçün verdikləri vədləri yerinə yetirirlər”, - deyə nazir bildirib.