Tramp Avropa qoşunlarının Ukraynaya getməsini istəyir Dünya

Tramp Avropa qoşunlarının Ukraynaya getməsini istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəsə nəzarət etmək üçün Avropa qoşunlarının Ukraynada olmasını istəyir.

Bu barədə RİA Novosti Wall Street Journal-a istinadən xəbər verir.

Ağ Evin gələcək rəhbəri bu barədə dekabrın 7-də Yelisey sarayında Fransa prezidenti Emmanuel Makron və Vladimir Zelenski ilə görüşdə bildirib.

Nəşrin yazdığına görə, Tramp hesab edir ki, Avropa İttifaqı postsovet respublikasını qorumaq və dəstəkləməkdə böyük rol oynamalıdır. O, həmçinin avropalı tərəfdaşları Rusiyanı münaqişəni dayandırmağa məcbur etmək üçün Çinə daha çox təsir göstərməyə sövq edir. Xüsusilə, Parisdə keçirilən görüşdə tərəflərin Pekinə qarşı təsir rıçaqları kimi istifadəsini müzakirə ediblər.

Cavid