ABŞ Gürcüstanın 20 rəsmisinə viza məhdudiyyətləri tətbiq edib Dünya

ABŞ Gürcüstanın 20 rəsmisinə viza məhdudiyyətləri tətbiq edib

ABŞ Dövlət Departamenti Gürcüstanın 20 vətəndaşına, o cümlədən nazirlərə, parlament üzvlərinə, hüquq-mühafizə və təhlükəsizlik xidmətlərinin nümayəndələrinə viza məhdudiyyətləri tətbiq edib.

Dövlət Departamentinin bəyanatında deyili.

"Dövlət Departamenti Gürcüstanda demokratiyanın zəiflədilməsində məsuliyyət daşıyan və ya iştirakçı olan şəxslərə viza verilməsini qadağan edən viza məhdudiyyəti siyasəti çərçivəsində əlavə tədbirlər görməkdədir. Bu gün qəbul edilən qərar hökumət nazirləri, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik qurumlarının rəsmiləri, həmçinin xüsusi vətəndaşlar daxil olmaqla təxminən 20 nəfərə şamil edilir".

Cavid