Hakan Fidan: İŞİD və PKK-nın Suriyada vəziyyətə hakim olmaması Türkiyə üçün prioritetdir Dünya

Hakan Fidan: İŞİD və PKK-nın Suriyada vəziyyətə hakim olmaması Türkiyə üçün prioritetdir

“Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsi, terrorun özünə yer tapmasının qarşısının alınması, İŞİD və PKK-nın orada vəziyyətə hakim olmaması Türkiyə üçün prioritetdir”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Blinkenlə görüşü zamanı iki ölkənin Suriyanın gələcəyi üçün nələr edə biləcəyini müzakirə ediblər.