Egey dənizində zəlzələ Dünya

Egey dənizində zəlzələ

Türkiyə zəlzələ reallığı ilə üzləşməyə davam edir. Çanaqqalada bu gün səhər saatlarında baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha bir təkan qeydə alınıb.

Xalqcəbhəsi.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yer alan məlumata görə, episentri Egey dənizində olmaqla 4,8 bal gücündə təkan qeydə alınıb.
Zəlzələnin 15,73 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.