NATO-nun “İlin fotosu” müsabiqəsinin qalibi məlum olub Dünya

NATO-nun “İlin fotosu” müsabiqəsinin qalibi məlum olub

NATO “İlin fotosu” adlı müsabiqə təşkil edib.

Xalqcebhesi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, müsabiqənin qalibi Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının şəxsi heyətindən qərargah çavuşu Yasin Kaan olub. O, yarışmaya “Amfibi akın” adlı fotosu ilə qatılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən açıqlamada, “NATO-nun "İlin fotosu" səsverməsində Hərbi Dəniz Qüvvələrimizin "Amfibi akın" fotoşəkili birinci seçilib. Biz xalqımıza və müttəfiq ölkələrin vətəndaşlarına göstərdikləri dəstəyə görə təşəkkür edirik. Şəkli çəkən Hərbi Dəniz Qüvvələri Komandanlığımızın şəxsi heyətindən qərargah çavuşu Yasin Kaanı təbrik edirik” deyə qeyd olunub.