Əfqanıstanda faciə: 35 nəfər uçqun altında qaldı Dünya

Əfqanıstanda faciə: 35 nəfər uçqun altında qaldı

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Məlumata görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil.

Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.