Ukrayna ərazi güzəştinə getməli olacaq - Pelleqrini Dünya

Ukrayna ərazi güzəştinə getməli olacaq - Pelleqrini

Ukrayna münaqişənin həlli üçün ərazi güzəştlərinə getməli olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter pelleqrini deyib.

“Əgər siz sülhdən danışırsınızsa, məncə, bu gün realist olmaq lazımdır. Yəqin ki, Avropada normal düşünən heç kəs Ukrayna üçün müəyyən qədər ərazi itkiləri olmadan sülhün bərqərar olmasının mümkünlüyünü düşünmür”, - Pelleqrini bildirib.

Slovakiya prezidenti həmçinin münaqişə tərəflərini tez bir zamanda danışıqlar masasına əyləşməyə çağırıb.