Andranik Miqranyan Ermənistana buraxılmadı Dünya

Andranik Miqranyan Ermənistana buraxılmadı

Erməni politoloq Andranik Miqranyan İrəvanın Zvartnots hava limanında saxlanılıb və onun ölkəyə girişinə icazə verilməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, Miqranyan valideynlərinin məzarını ziyarət etmək üçün Ermənistana gedibmiş.

Hava limanında Miqranyana Ermənistana girişinin qadağan olunduğu bildirilib.

Qeyd edək ki, Miqranyan mütəmadi olaraq Rusiya KİV-lərində bu ölkənin xarici siyasət məsələləri ilə bağlı çıxış edən politoloqdur.