Fransa 12 il sonra Suriyaya diplomat göndərir Dünya

Fransa 12 il sonra Suriyaya diplomat göndərir

Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin yeni hökuməti ilə əlaqə qurmaq vəzifəsi daşıyacaq bir qrup fransız diplomatın Suriyaya səfər edəcəyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.

Barro qeyd edib ki, Fransa Suriyanı suriyalılara qaytarmaq üçün çalışır:

"Bu islamçı qrupların bəzilərinin keçmişini bilirik. Dəməşqdə yeni hökumət tezliklə öz yerini Suriyadakı bütün icmaları və inancları təmsil edəcək keçid hökumətinə verməlidir".

XİN rəhbəri dörd diplomatdan ibarət diplomatik nümayəndəliyin çərşənbə axşamı, dekabrın 17-də Suriyaya səfər edəcəyini bildirib. Bu, Fransa rəsmilərinin son 12 ildə bu ölkəyə ilk səfəri olacaq.