Bundestaq Olaf Şolts hökumətinə etimad səsverməsi keçirəcək Dünya

Bundestaq Olaf Şolts hökumətinə etimad səsverməsi keçirəcək

Bu gün Almaniya Bundestaqında kansler Olaf Şolts və hökumətə etimad səsverməsi keçiriləcək.

APA qanunverici orqanın saytına istinadən xəbər verir ki, proses kanslerin müraciəti əsasında baş tutacaq.

Qeyd edək ki, dekabrın 11-də Almaniya kansleri Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq Bundestaqa rəhbərlik etdiyi hökumətə etimad səsverməsinin təşkili ilə bağlı müraciət edib.