İranın Suriyadakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq Dünya

İranın Suriyadakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq

İran İslam Respublikasının Suriyadakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq.

APA “İRNA“ya istinadən xəbər verir ki, İranın Suriyadakı səfiri Hüseyn Əkbəri Suriyada baş verən son hadisələr nəticəsində bağlanan səfirliyin tezliklə Dəməşqdəki fəaliyyətini bərpa edəcəyini bildirib.

"Məqsədimiz səfirliyin fəaliyyətini tez bir zamanda bərpa etməkdir.Suriyada Hakimiyyətə gələn qüvvələr səfirliyin təhlükəsizliyi üçün lazımi zəmanətləri verməyə hazır olduqlarını bildiriblər"- deyə o, qeyd edib.