Cənubi Koreyanın xarici işlər naziri Blinkenlə danışıqlar aparacaq Dünya

Cənubi Koreyanın xarici işlər naziri Blinkenlə danışıqlar aparacaq

Cənubi Koreyanın xarici işlər naziri tezliklə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparacaq.

Bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul parlamentə bildirib.
Nazir Prezident Yun Suk Yeolun qısamüddətli hərbi vəziyyət elanından sonra diplomatiyanı canlandırmaq səyləri çərçivəsində Blinkenlə şəxsən görüşməyi gözlədiyini də bildirib.