Qəzzada öldürülən jurnalistlərin sayı artır Dünya

Qəzzada öldürülən jurnalistlərin sayı artır

Qəzzada günahsız insanları qətlə yetirən İsrail jurnalistlərin bunu dünyaya çatdırmaması üçün əlindən gələni edir.

Xalqcəbhəsi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən bildirir ki, Əl-Cəzirə telekanalının operatoru Əhməd əl-Lavh İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində həlak olub.

Qeyd edək ki, onun öldürülməsi ilə İsrail ordusunun Qəzza zolağına hücumlarında həlak olan jurnalistlərin sayının 196-ya yüksəldiyi bildirilib.