Bəşər Əsəddən ilk açıqlama Dünya

Bəşər Əsəddən ilk açıqlama

Suriya Prezidentinin Teleqram kanalı dekabrın 16-da Moskvadan Bəşər Əsədə aid olduğu bildirilən açıqlama yayıb.

Xalqcəbhəsi.az Türkiyənin “milliyet.com.tr” saytına istinadən qeyd edir ki, rejimin süqutundan sonra ilk açıqlama verən Bəşər Əsəd Suriyada baş verən hadisələr zamanı heç vaxt istefa vermək və ya ölkədən qaçmaq haqqında düşünmədiyini deyib. O, dekabrın 8-i səhər saatlarına qədər Dəməşqdə qaldığını və axşam saatlarında ölkəni tərk etdiklərini bildirib.