Bundestaq Şoltsa etimad göstərməkdən imtina etdi Dünya

Bundestaq Şoltsa etimad göstərməkdən imtina etdi

Bundestaq növbədənkənar iclasında Almaniya kansleri Olaf Şoltsa etimad göstərməkdən imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Şoltsa etimad göstərməkdən imtina ölkədə növbədənkənar parlament seçkilərinə yol açıb.

Məlumata görə, iclasda iştirak edən 717 deputatdan 207-si Nazirlər Kabinetinin hazırkı rəhbərini dəstəklədiyini bildirib, 116-sı bitərəf qalıb, 394 parlamentari Şoltsun ​​etimad tələbinin əleyhinə səs verib.

Bundestaqın sədri Barbel Bas bildirib ki, nəticələr barədə ölkə Prezidenti Frank-Valter Ştaynmayerə məlumat veriləcək.