Rusiyaya niyə zərbə endiririk? - Tramp Dünya

Rusiyaya niyə zərbə endiririk? - Tramp

Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə verilməsi qərarı səhvdir.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

Tramp məsələyə yenidən baxa biləcəyini istisna etməyib:

"Raketlərin yüzlərlə mil məsafədən Rusiyaya göndərilməsi ilə qəti şəkildə razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni alovlandırıb, onu daha da pisləşdiririk".