Belarus və Ermənistan… - Mişustin rəqəmləri elan etdi Dünya

Belarus və Ermənistan… - Mişustin rəqəmləri elan etdi

Üçüncü rübün nəticələrinə görə, Rusiya Belarus (52,7%) və Ermənistanla (41,1%) ticarət dövriyyəsində birinci, Qazaxıstan (18,7%), Özbəkistan (18%), Qırğızıstan (23%) ilə ticarət dövriyyəsində ikinci yerdədir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin deyib.

“Rusiya MDB ölkələrinin ən böyük tədarükçüsü olaraq qalır, onları davamlı inkişaf üçün zəruri olan mal və resurslarla təmin edir və regionun ən böyük iqtisadiyyatı kimi mühüm bazardır”, - o bildirib.