İsveçrə “Qarabağ konfransı” təklifini rədd etdi
17 Dekabr 23:31
17 Dekabr 23:31
Rusiya hərbçiləri Ukraynada döyüşdə öldürülən koreyalı əsgərlərin üzünü yandırır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski X səhifəsində yazıb.
O bildirib ki, Rusiya tərəfi bununla koreyalı əsgərlərin varlığını gizlətməyə çalışır:
“Rusiya təkcə Şimali Koreya qoşunlarını Ukraynanın mövqelərinə hücum etmək üçün göndərmir, həm də bu insanların itkilərini gizlətməyə çalışır. Məşq zamanı onların üzlərini göstərmək qadağan edilib. Ruslar onların mövcudluğunu sübut edən istənilən videonu silməyə çalışırlar. İndi isə ruslar döyüşçülərimizlə ilk toqquşmalardan sonra öldürülən Şimali Koreya əsgərlərinin üzlərini tanınmamaları üçün sözün əsl mənasında yandırırlar”.