ABŞ husilərin Sənadakı “nazirliyini” vurdu Dünya

ABŞ husilərin Sənadakı “nazirliyini” vurdu

ABŞ Hərbi Hava Qüvvələri husi hərəkatının nəzarətində olan Səna və Hüdeyda şəhərlərinə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Əl Hadat” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumların hədəfi husilərin hərbi obyektləri, o cümlədən husi hökumətinin Sənada yerləşən “hərbi nazirliyi” olub.

ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı hava hücumlarını təsdiqləyib. Bildirilib ki, Qırmızı dənizdə ticarət və Amerika hərbi gəmilərinə hücumların həyata keçirilməsinə qərar verən mərkəzlər hədəf alınıb.