Onların məhvi üçün yeni hakimiyyətlə işləyirik - Türkiyə MMN Dünya

Onların məhvi üçün yeni hakimiyyətlə işləyirik - Türkiyə MMN

Ankarada qonşu ölkədə gedən proseslər diqqətlə izlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəki Aktürk Suriyadakı proseslərdən danışarkən deyib.

“Ankara üçün prioritet Suriya ərazisində fəaliyyət göstərən PKK terrorçularının yaratdığı təhlükəni tamamilə aradan qaldırmaqdır. Terrorçuların hərəkətlərinin qarşısının alınması və onların tamamilə məhv edilməsi istiqamətində addımlar davam etdiriləcək. Biz terrorla mübarizədə Suriyanın yeni administrasiyası ilə əməkdaşlığı davam etdirəcəyik”, - Aktürk qeyd edib.