Çad hakimiyyəti Fransadan qoşunlarını ölkə ərazisindən çıxarmasını tələb edib Dünya

Çad hakimiyyəti Fransadan qoşunlarını ölkə ərazisindən çıxarmasını tələb edib

Çad hakimiyyətinin tələbinə əsasən Fransa Silahlı Qüvvələrinin üzvləri yanvarın 31-dək ölkə ərazisini tərk etməlidirlər.

Bu barədə “RFI” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, müvafiq sərəncam dekabrın 19-da Paris tərəfindən qəbul edilib.

“Yeddi həftə ərzində min əsgər və çox sayda texnikanı ölkədən çıxarmaq mümkün deyil”, - Fransadakı hərbi mənbələrdən biri qeyd edib.