Slovakiya nüvə enerjisi sahəsində Rusiyaya qarşı mümkün sanksiyaları bloklayacaq Dünya

Slovakiya nüvə enerjisi sahəsində Rusiyaya qarşı mümkün sanksiyaları bloklayacaq

Slovakiya hakimiyyəti Avropa İttifaqının nüvə enerjisi sektorunda Rusiyaya qarşı mümkün sanksiyalarını əngəlləmək niyyətindədir.

Müvafiq bəyanatla Aİ sammitindən sonra Respublikanın Baş naziri Robert Fitso çıxış edib.

Hökümət başçısı Slovakiyadakı atom elektrik stansiyalarının Rusiya mənşəli olduğunu xatırladıb və mümkün sanksiyaların respublikadakı nüvə proqramını təhlükə altına sala biləcəyini qeyd edib.

“Əgər gələcəkdə Rusiya Federasiyasına qarşı hər hansı sanksiya qəbul edilərsə və onlar sülhməramlı nüvə proqramına aid olarsa, mən belə sanksiyaları bloklayacağam”, - Fitso vurğulayıb.