Ərdoğanın Dəməşqə səfəri gözlənilir Dünya

Ərdoğanın Dəməşqə səfəri gözlənilir

Dəməşqdəki mənbələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın 15 gün ərzində Əməvi məscidini ziyarət edəcəyinin, HTŞ lideri Colani və Suriya türkmənləri ilə də görüşəcəyinin gözləndiyini bildirib.

Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən bildirir ki, Türkiyə Prezidenti üçün Həma, Homs və İdlib xətti boyunca havadan və qurudan qoruyucu qalxan qurulacaq, bütün hava fəaliyyəti nəzarətə götürüləcək.

Dəməşqdəki səfirliyinin açılışından sonra Türkiyə Hələb konsulluğu üçün də işlərini sürətləndirib. Fiziki şərait hazır olduqdan sonra konsulluğun istifadəyə veriləcəyi bildirilib. Türkiyənin Ərdoğanın gözləntilərinə uyğun olaraq Suriyaya ilk beynəlxalq uçuşunu həyata keçirəcəyi də qeyd edilib.