Şatdaun olacaqsa, Bayden dövründə olsun - Tramp Dünya

Şatdaun olacaqsa, Bayden dövründə olsun - Tramp

Əgər ölkədə şatdaun (hökumətin fəaliyyətini dayandırması) olacaqsa, indi olsun.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib.

“Şatdaun olacaqsa, bu, yanvarın 20-dən sonra Tramp dövründə yox, indiki Bayden Administrasiyası dövründə olsun. Bunu həll etmək Baydenin problemidir”, - Tramp bildirib.

Qeyd edək ki, federal xərclərlə bağlı qanun layihəsinin qəbulunun təxirə salınması səbəbindən ölkə şatdaunla üzləşə bilər.