Türkiyədə qar uçqunu: 16 yaşlı idmançı öldü Dünya

Türkiyədə qar uçqunu: 16 yaşlı idmançı öldü

Ərzurum Palandöken Xizək Mərkəzində qar uçqunu baş verib.

Xalqcebhesi.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Ölən şəxsin cüdo üzrə Türkiyə millisinin 16 yaşlı üzvü Emre Yazqan olduğu vurğulanıb.

Məlumata görə, E.Yazqanın əkiz qardaşı Yunis Yazqan da hadisə zamanı xəsarət alıb.