Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Pentaqonun Çinin müdafiə potensialı ilə bağlı hesabatını kəskin şəkildə qınayırıq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Zhanq Siyaoqanq deyib.
“Biz bununla bağlı dərin narazılığımızı və qəti etirazımızı bildiririk. Qeyri-nüvə müdafiə strategiyasına sadiqik. Ağ Evin hərbi strategiyası daha zorakı, təcavüzkar xarakterə sahibdir”, - deyə o bildirib.
Xatırladaq ki, dekabrın 18-də Pentaqon Çinin hərbi gücünə dair illik hesabat dərc edib. Sənəddə qeyd olunub ki, Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək.