Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Uilyam Börns ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində son dəfə Ukraynaya səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə bildirib.
Dövlət başçısı müharibə dövründə Börnslə çoxsaylı görüşlər keçirdiyini qeyd edib. Zelenski göstərilən yardıma görə ona təşəkkürünü bildirib.
Prezident adətən belə görüşlər barədə ictimaiyyətə məlumat verilmədiyini qeyd edib.
“Lakin indi son səfərdən sonra açıq danışmaq lazımdır”, – Zelenski vurğulayıb.
O, Börns və ailəsinə “ən xoş arzularını” çatdırıb:
“Sirləri açmırıq, amma əlaqəni qoruyub saxlayırıq. Yəqin ki, yenə görüşəcəyik və mütləq bu müharibənin birlikdə çalışdığımız real, etibarlı sülhlə başa çatdığını görəcəyik”.