İsrailə imkan verilməyəcək - Fidan Dünya

İsrailə imkan verilməyəcək - Fidan

Suriya torpaqlarını qəsb etmək üçün mövcud şəraitdən istifadə edən İsrailə imkan verilməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə yeni hökumətin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd Colani – red.) ilə görüşdə deyib.

“İsrail Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli və regional təhlükəsizliyi daha da riskə atmamalıdır. Beynəlxalq ictimaiyyət İsrailin qanunsuz hərəkətlərinə konkret reaksiya verməlidir”, - Fidan qeyd edib.