İran XİN: Suriyanın yeni hakimiyyəti ilə birbaşa əlaqəmiz yoxdur Dünya

İran XİN: Suriyanın yeni hakimiyyəti ilə birbaşa əlaqəmiz yoxdur

İranın Suriyanın yeni hakimiyyəti ilə birbaşa əlaqəsi yoxdur.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.

Bəqai İranın müxalif qruplarla uzun müddət əvvəldən əlaqə saxladığını, lakin hazırkı hakimiyyətlə birbaşa əlaqəsinin olmadığını bildirib: "Uzun müddət əvvəl Suriyada müxtəlif müxalif qruplarla əlaqə saxlayırdıq.Hazırda Suriyadakı mövcud hakimiyyətlə birbaşa əlaqəmiz yoxdur".