Gürcüstan məhkəməsi əsas müxalifət koalisiyasının liderini cərimələyib Dünya

Gürcüstan məhkəməsi əsas müxalifət koalisiyasının liderini cərimələyib

Məhkəmə Gürcüstanın ən böyük müxalifət təşkilatı olan “Dəyişiklik üçün” koalisiyasının lideri Nika Qvaramiyanı cərimələyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Qvaramiya sosial şəbəkədə məlumat paylaşıb.
“Tbilisi Şəhər Məhkəməsi yolu qanunsuz bağladığım üçün məni 5000 lari cərimələdi”, - müxalifət lideri qeyd edib.