Ceyhun Bayramov Belqradda Səfirlər Konfransında çıxış edib Dünya

Ceyhun Bayramov Belqradda Səfirlər Konfransında çıxış edib

Serbiyaya işgüzar səfəri zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Belqradda keçirilən Səfirlər Konfransında çıxış edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazir çıxışında Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ümumi regional problemlərə, o cümlədən ikili standartlara, beynəlxalq hüququn seçmə tətbiqinə toxunub.

Qeyd edilib ki, hər iki ölkənin xarici siyasətini istiqamətləndirən suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Avropanın enerji şaxələndirilməsində mühüm rolu, o cümlədən Avropa ilə Mərkəzi Asiyanı Xəzər və Qara dəniz hövzələri vasitəsilə birləşdirəcək gələcək yaşıl enerji planlarından da ətraflı danışıb.