Kahramanmaraşda fil sümüyü tapılıb Dünya

Kahramanmaraşda fil sümüyü tapılıb

Türkiyənin Kahramanmaraş bölgəsində buğda əkmək üçün tarlasını şumlayan fermer Nihad Polad traktoruna sərt cismin ilişdiyini görüb.

Xaqlcəbhəsi.az xəbər verir ki, bu haqda Türkiyənin "sozcu.com.tr" saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, incələmə zamanı onun iri heyvana məxsus sümük parçaları olduğu aşkar edilib. N.Polad vəziyyəti jandarma qruplarına xəbər verib və təhlükəsizlik qüvvələrini sümüklərin tapıldığı əraziyə istiqamətləndirib. Qruplar sümükləri Kahramanmaraş Arxeologiya Muzeyi Müdirliyinə təhvil verib.

Mütəxəssislər sümüklərin filə aid olduğunu müəyyən ediblər. Buna bənzər sümüklərin əvvəlki illərdə qohumu tərəfindən tarlada tapılaraq jandarma qruplarına təhvil verildiyini bildirən fermer, sözügedən fil skeletinin işıq, səs və vizual effektlərdən istifadə edilərək Kahramanmaraş Arxeologiya Muzeyində sərgiləndiyini bildirib.