Orban: Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır
23 Dekabr 19:28
23 Dekabr 19:28
23 Dekabr 17:37
23 Dekabr 17:17
23 Dekabr 13:28
Türkiyə rəsmiləri Dəməşqə səfərlər edərək Suriyada hakimiyyəti ələ keçirmiş “Heyət Təhrir əş-Şam” (HTŞ) lideri Əhməd Hüseyn əş-Şara (Colani) ilə görüşürlər. Əhməd Şara bu görüşlərdə Suriyanın yenidən qurulmasında Türkiyənin rol almasında maraqlı olduğunu söyləyib. Ankara buna hazırdır, Suriyada infrastrukturun yenidən qurulmasında, siyasi sistemin formalaşmasında iştirak edəcək. Ancaq Ankara buna başlamadan əvvəl Suriyanın şimalında PKK/YPG-PYD terroruna son qoymalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Türkiyə Suriyada bu terror təşkilatlarının varlığına son qoymadan qonşu ölkədə böyük layihələrə girişməyəcək:
“Bu, Türkiyənin təbii haqqıdır. Fikrimcə, Ankara Suriyada PKK terroruna son qoymaqla bağlı “yol xəritəsi” üzərində çalışmalara başlayıb. Bir neçə variant var: Birincisi, PKK-ya bağlı güclər ya tərk-silah olunacaq, ya da Suriya ərazisini tərk edəcəklər. İkinci variant odur ki, bu baş verməsə, Türkiyə təkbaşına hərbi əməliyyata başlayacaq. Üçüncü variant Türkiyənin Dəməşqdəki qüvvələrlə birgə PKK-ya qarşı mübarizəyə başlamasıdır.
Ankara bu variantlardan birinə başlamadan əvvəl Vaşinqtonun Suriyada hansı siyasətə üstünlük verəcəyini müəyyənləşdirməyə çalışır. Çünki Suriyada Əsəd rejiminin süqutuna baxmayaraq, ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir. Türkiyə Suriyada ABŞ-la üz-üzə qalmaq istəmir. Ona görə də Ankara 20 yanvarda ABŞ-da hakimiyyətə gələcək Donald Tramp administrasiyasını PKK-ya dəstəkdən imtinaya inandırmağa çalışacaq. Bütün hallarda Suriya ərazisində PKK/YPG-PYD varlığı uzun sürməyəcək”.