Netanyahu: Yəmənə hücumlarımızı davam etdirəcəyik, İranın "şər oxu"nu məhv edəcəyik Dünya

Netanyahu: Yəmənə hücumlarımızı davam etdirəcəyik, İranın "şər oxu"nu məhv edəcəyik

Yəmənə hücumumuz sonuncu olmayacaq, İranın "şər oxu"nu məhv etməyə davam edəcəyik.
Xalqcebhesi.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışında deyib.
Netanyahu bildirib ki, İsrail heç bir terrorçunun sərhədlərinə gəlməsinə imkan verməyəcək:
"Yəhya Sinvarın artıq həyatda olmaması və HAMAS-a qarşı hücumları səbəbindən atəşkəs razılaşmasında irəliləyiş var", - Baş nazir qeyd edib.
"Yaxın Şərqin simasını dəyişirik. Daha əvvəl dediyim kimi, biz Yaxın Şərqi yenidən formalaşdırırıq.
Biz İran təhlükəsini aradan qaldırmalı və onların nüvə silahına malik olmasının qarşısını almalıyıq", - Netanyahu bildirib.
Baş nazir İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduqlarını da vurğulayıb.