İsraidən Dəməşqə mesaj: Bu ərazilərdən çıxmayacağıq! Dünya

İsraidən Dəməşqə mesaj: Bu ərazilərdən çıxmayacağıq!

İsrail Dəməşqin yeni hakimiyyət orqanlarına ünvanladığı mesajda Suriyada işğal etdiyi əraziləri təhlükəsizliyə görə tərk etmək fikrində olmadığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

“Təl-Əviv Dəməşqin yeni hakimiyyətinə mesaj göndərərək, “Həyat Təhrir əl-Şam” qüvvələrinin Suriyanın cənub bölgələrinə daxil olmaq cəhdlərinə dözməyəcəyini vurğulayıb”, - məlumatda bildirilib.

İsrail mediasının məlumata görə, Təl-Əviv Suriyada “məsul bir tərəf”in meydana çıxacağı təqdirdə bufer zonaya qayıtmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.