"Ukraynanın zərbələri nəticəsində 785 mülki şəxs ölüb" Dünya

"Ukraynanın zərbələri nəticəsində 785 mülki şəxs ölüb"

2024-cü ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində təxminən 4,4 min rusiyalı mülki şəxs yaralanıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri Rodion Miroşnik bildirib.

"Ən azı 5183 mülki şəxs xəsarət alıb: 4398 nəfər, o cümlədən 285 azyaşlı yaralanıb, 785 nəfər ölüb”, – o, TASS-a bildirib.

Miroşnik xüsusilə qeyd edib ki, həlak olanlar arasında 50 uşaq var. Ümumilikdə, səfirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ilin əvvəlindən Rusiyanın regionları üzrə demək olar ki, 83 min müxtəlif növ sursat atıb.

Cavid