Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
24 Dekabr 23:16
24 Dekabr 23:16
24 Dekabr 22:22
24 Dekabr 13:13
Aralıq dənizində Rusiya gəmisi batıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Espanol” nəşri məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Ursa Major” gəmisi İspaniya və Əlcəzair arasında beynəlxalq sularda qəzaya uğrayıb.
“Rusiyanın “Ursa Major” ticarət gəmisi bu bazar ertəsi Aqilas (Mursiya əyaləti) bələdiyyəsi ilə Oran şəhəri (Əlcəzair) arasında beynəlxalq sularda maşın otağında baş verən partlayışdan sonra qəzaya uğrayıb”, – deyə nəşr yazıb.
14 ekipaj üzvü xilas edilərək Kartagena limanına aparılıb. İki dənizçinin itkin düşdüyü bildirilib.
Rusiya bayrağı altında üzən gəminin 12 gün əvvəl Sankt-Peterburqdan çıxdığı və yanvarın 22-də çatmalı olduğu Vladivostok limanına doğru getdiyi məlum olub.