İŞİD üçün vəsait toplayan 23 şübhəliyə qarşı əməliyyat Dünya

İŞİD üçün vəsait toplayan 23 şübhəliyə qarşı əməliyyat

Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən İŞİD-ə qarşı aparılan araşdırmalar çərçivəsində Təşkilat üçün vəsait topladığı və 'Hawala' adlı sistem vasitəsilə ümumilikdə 100 milyon lirə qanunsuz pul köçürdüyü təsbit edilən 23 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

İzmir mərkəzli Mersin, Adana və Manisada eyni vaxtda həyata keçirilən əməliyyatda 16 şübhəli saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı 4 min 110 dollar, 7 min 205 avro, 434 min 650 lirə, 40 qram qızıl-zinət əşyaları və çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 4-ü prokurorluqda ifadələri alındıqdan sonra sərbəst buraxılıb, 2-si məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, 10-u isə həbs olunub. Qeyri-qanuni yollarla xaricə getdiyi hesab edilən 4 nəfərin və qaçan 3 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.