Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
24 Dekabr 23:16
24 Dekabr 23:16
24 Dekabr 22:22
24 Dekabr 13:13
Rusiya Estoniya ilə sərhədi bağlamağı planlaşdırmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfində Estoniya ilə sərhəddəki keçid məntəqələri fəaliyyətini davam etdirir, sərhədin bağlanması planlaşdırılmır:“Estoniyadan tamamilə etibarsız məlumatların yayılmasını nəzərə alaraq, ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, Rusiya tərəfindəki sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir, Rusiya sərhədi bağlamağı planlaşdırmır, ölkəmiz qanunla müəyyən edilmiş qaydada istədikləri qədər qonaq qəbul etməyə hazırdır".
O, əlavə edib ki, Estoniya sosial şəbəkələrində və KİV-də Rusiyanın sərhədi bağlaması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.