Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
24 Dekabr 23:16
24 Dekabr 23:16
24 Dekabr 22:22
24 Dekabr 13:13
Rusiya prezidenti V.Putin və ABŞ-ın yeni seçilmiş prezidenti D.Tramp görüşünün keçirilməsi barədə yerlər təklif edilir. V. Putinin Qərbə səfəri mümkün deyil. Belə bir görüş üçün Türkiyənin seçilməsi mümkündür.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna müharibəsinin ilk aylarından vasitəçi olub. Və iki tərəf arasında "İstanbul razılaşması" əldə edilib:
"Qeyd edim ki, Türkiyə kifayət qədər neytral mövqe tutaraq həm Rusiya, həm də Ukrayna ilə sıx siyasi təmasları saxlayır. Bundan əlavə, hər iki prezidentin R.T.Ərdoğanla şəxsi münasibətləri yüksək səviyyədədir. Ona görə də D. Tramp və V.Putin arasında Ukrayna ilə bağlı görüş yeri Türkiyə ən uyğun olaraq seçilə bilər.
ABŞ və Rusiya arasında danışıqlarda ilk növbədə atəşkəs əldə edilməsi və Rusiya qoşunlarının geri çəkilməsi müzakirə olunması istisna deyil. Türkiyə yenidən "İstanbul razılaşması"na qayıtmasını gündəmə gətirib. Görünür, bu istiqamətdə ABŞ və Türkiyə kordinasiyalı çalışır.
Rusiya və Ukrayna arasında danışıqlar prosesi yaz aylarından başlaya bilər. Bunun üçün ilk növbədə ABŞ və Rusiya arasında ilkin razılıq olmalıdır. Bunun üçün tərəflər bir araya gələcək".
Cavid