SDQ türkyönlü qüvvələrə hücuma keçdi – Son dəqiqə Dünya

SDQ türkyönlü qüvvələrə hücuma keçdi – Son dəqiqə

Suriya Demokratik Qüvvələri (SDQ, kürd terrorçuların dəstəsi) çərşənbə axşamı Suriyanın Türkiyə ilə şimal sərhədi yaxınlığındakı əraziləri geri almaq üçün Ankaranın dəstəklədiyi Suriya Milli Ordusuna qarşı əks hücuma keçdiklərini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Digər detallar açıqlanmayıb.

Qeyd edək ki, SMO Tel-Rıfat və Menbiçi PKK/YPG terrorçularından təmizləyib.

SDQ-ni ABŞ dəstəkləyir və bir müddət öncə PKK terrorçularına iki təyyarə həcmində silah göndərildiyi barədə məlumat yayılmışdı.