İsrail BMT-nin təcili iclasını tələb etdi: Hücum edirlər! Dünya

İsrail BMT-nin təcili iclasını tələb etdi: Hücum edirlər!

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfildə məktub göndərərək, husilərin hücumları və İranın bu zorakılığa dəstəyi ilə bağlı təcili iclas çağırılmasını istəyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Tayms of İsrael” məlumat yayıb.

Saar müraciətində Yəmən hərəkatının son bir həftə ərzində İsrailə qarşı üç hücumunu xatırladıb və bildirib ki, onlardan biri Ramat Qanda məktəbini dağıdıb.

“Husilərin davam edən hücumlarının beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulamalıyam. Bu, beynəlxalq sülh və təhlükəsizliyə davamlı təhdiddir”.